Prezidentin köməkçisi terror təhdidi ilə bağlı danışıb
Kateqoriya məlum deyil
"Azərbaycan ölkədə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib”.
Sfera.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanda əvvəllər də Ermənistan mənşəli təşkilatçıların terror aktı törətdiyi məlumdur: "Xüsusilə bu terror aktları metro, ictimai nəqliyyatda, insanların sıx məskunlaşdığı yerlərdə həyata keçirilib. Bununla yanaşı biz Azərbaycanda olan diplomatik nümayəndəliklərə də məlumat vermişik ki, təhlükəsizlik səviyyəsi artırılsın”.






