Azad edilən rayonumuzun sərvəti açıqlandı

Azad edilən rayonumuzun sərvəti açıqlandı
Cəbrayıl rayonu 1993-cü ilin avqustunda işğal olundu. 27 il sonra, 2020-ci ilin oktyabrında isə şanlı Ordumuz rayonu işğaldan azad etdi. Əminik ki, Cəbrayıl rayonu bu dəfə əbədi azadlığına qovuşdu!

Sfera.az xəbər verir ki, bu fikirləri Füzuli rayonundan seçilən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Böyük iqtisadi və turizm potensialına malik, 81 min nəfər sakini olan Cəbrayıl rayonunun sahəsi 1049.8 kvadrat metrdir. Rayonda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Keçmiş SSRİ dövründə şərab zavodu olan Cəbrayıl rayonunda hətta ötən əsrin əvvəllərində 21 sort üzüm yetişdirilib. İşğaldan əvvəl sözügedən rayon 60 min tondan çox üzüm yetişdirirdi. Rayonda 8 sənaye müəssisəsi var idi. 97 yaşayış məntəqəsi olan Cəbrayıl rayonu nadir xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi ilə zəngindir.

Dəniz səviyyəsindən 434 metr yüksəklikdə yerləşən Cəbrayıl rayonu cəlbedici dağlıq ərazilər, 104 kəhriz və 99 bulaq ilə böyük turizm potensialına malikdir. İşğalçı erməni quldurlarının etdikləri dağıntılara rəğmən çoxlu sayda tarixi-dini abidələri olan Cəbrayıl rayonunun xaricdən də turistlər cəlb etmək imkanı olacaq.

"Cəbrayıl ata” adı ilə məşhur olan məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir. Həmin məqrəbədə qədim yaşayış yerlərinin izləri indi də qalmaqdadır.

Göründüyü kimi, işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensialı var. Bu da ölkənin gələcək iqtisadi inkişafı baxımdan vacib şərtlərdən hesab olunur.

Qarabağ Azərbaycandır!” - deputat bildirib.

OXŞAR XƏBƏRLƏR

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. &n...

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...