Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

Aprelin 7-də Danimarkada yaşayan azərbaycanlılar son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə Ermənistanın Danimarkadakı səfirliyi qarşısında aksiya keçirib.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.

Mitinq Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra çıxış edənlər aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyib.

Çıxışçılar həmçinin, Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıb.

Mitinqin sonunda Ermənistan səfirliyi əməkdaşlarına mitinqin bəyannaməsi təqdim edilsə də, səfirlik əməkdaşları bəyannaməni qəbul etməkdən imtina ediblər. Səfirliyin qarşısındakı poçt qutusu bağlı olduğundan aksiya iştirakçıları bəyannaməni poçt vasitəsi ilə göndəriblər.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...