Belarus müxalifətinin lideri Litvaya qaçdı və xalqa müraciət etdi

Belarus müxalifətinin lideri Litvaya qaçdı və xalqa müraciət etdi

Belarusu tərk edən və Litvaya qaçan müxalifət lideri, prezidentliyə namizəd Svetlana Tixanovskaya YouTube üzərindən xalqa müraciət edib.

Virtualaz.org xəbər verir ki, ölkəni tərk etmək barədə qərarı "tamamilə müstəqil şəkildə” verib.

" Düşünürdüm ki, seçkiqabağı kampaniya məni çox güclü şəkildə bərkidib və o qədər qüvvə verib ki, hər şeyə tab gətirə biləcəm. Lakin görünür mən elə əvvəlki zəif qadın olaraq qalmışam”,-Tixanovskaya bildirib.

O deyib ki, ölkəni tərk etmək barədə çox ağır qərarı təkbaşına verib. Və Tixanovskaya etiraf edib ki, səsvermə ərəfəsində ona tələ qurublar. "Uşaqlar bizim həyatımızda ən mühüm varlıqlardır. İndi Belarusda baş verənlər heç bir insan həyatına dəyməz”,-o deyib.

Qeyd edək ki, Tixanovskayanı Belarusdan Litvaya hakimiyyət çıxarıb. Onun ölkəni tərk etməsi müxalifət namizədinin seçki qərargahının rəhbəri Mariya Morozu həbsdən buraxmağa imkan verib. Namizədin səlahiyyətli nümayəndəsi Olqa Kovalkova bildirib ki, komandanın bir hissəsi hələ də girovluqdadır. "Vacib olanı budur ki, o azadlıqdadır və sağdır”,-Kovalkova bildirib.


OXŞAR XƏBƏRLƏR

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....

ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dördüncü raund nüvə danışıqlarının 3 mayda Romada keçiriləcəyini bildirib.    Sfera.az “NT...

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.   Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə...

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

Hindistan hökuməti Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin X sosial media platformasındakı hesabını bloklayıb.   Sfera.az “Anadolu Ajans...