Bakı metrosunda izdiham yaşandı: qatarlar gecikdi

Bakı metrosunda izdiham yaşandı: qatarlar gecikdi

Bu dəqiqələrdə Bakı Metropoliteninin stansiyalarındakı qatarların hərəkətində gecikmə baş verib. 

Milli.Az big.az-a istinadən bildirir ki, "28 May" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar 10 dəqiqəyə yaxın gecikib. Nəticədə metroda izdiham yaşanıb.

Bu barədə açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarın gecikməsinə səbəb nasazlıq olub: 

""28 May" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda nasazlıq olduğundan 6-7 dəqiqə gecikmə qeydə alınıb. Bu təbii olaraq digər qatarların da ləngiməsinə təsir edib. Hazırda qatarların normal hərəkəti, interval bərpa edilib".

N.Paşayev onu da əlavə edib ki, metroda sərnişinlərin təhlükəsizliyinin tam təmin olunması üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır:

"İndi metro stansiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hər hansı hadisə, təxribatın baş verməməsi üçün polis gücləndirilmiş iş rejiminə keçib. Narahatlıq üçün heç bir əsas yoxdur".


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...