İcra hakimiyyətindən \"Nəsimi bazarı\" ilə bağlı açıqlama

İcra hakimiyyətindən \
BAKU. WS saytında "Nəsimi bazarı” tarixə qovuşdu - Bazarın yerində nə tikilir ? başlıqlı yazı ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin məlumatı

"Nəsimi bazarı” tarixə qovuşdu - Bazarın yerində nə  tikilir ?       yazı ilə əlaqədar    bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun  olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi "Avrasiya Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. 

   Şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrindən sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15-30% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək yaşayış binasında təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi və digər xidmətlərin göstərilməsi öhdəliyi Rayon İcra Hakimiyyəti tərəfindən MMC-nin üzərinə qoyulmuşdur.

Həmçinin, sözügedən ərazidə yerləşən qeyri-yaşayış sahələrində, o cümlədən "Nəsimi bazarı”  ATSC-ə məxsus ərazidə əhaliyə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili üçün tərəflər arasında ("Avrasiya Construction” MMC və "Nəsimi bazarı”  ATSC) qarşılıqlı razılaşma əsasında  işlərin aparılması nəzərdə tutulur. 

Əlavə olaraq qeyd edirik ki, "Nəsimi bazarı”  ATSC-nin nümayəndəsinin məlumatına əsasən  bildiririk ki, ATSC-nin bazarın içərisində icarəyə verdiyi piştaxtalar hazırda günün tələblərinə cavab vermədiyi üçün yenidənqurulması məqsədilə səhmdar cəmiyyət tərəfindən sökülür.




OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə başlanıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar)...

Bakıdan göndərilən yardım TIR-ları Türkiyəyə çatdı

Azərbaycanın paytaxtı Bakıdan Suriyaya getmək üçün yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını (TIR) Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə dax...

"Qarabağ" Juninyo transferindən nə qədər qazanacaq?

“Qarabağ” futbolçusu Olavio Juninyonu “Sevilya”ya satmağa razı olub.   Sfera.az xəbər verir ki, bu barədə “Marca”...

Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən çağırış etdi

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. ...

Yeni il bayramında neçə nəfər zəhərlənib?

Yeni il bayramı günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub. &nbs...

İstanbul Hava Limanı Avropanın ən bahalı hava limanı adlandırıldı

İtaliyanın "Corriere della Sera" qəzetinin araşdırmasına əsasən, İstanbul Hava Limanı yemək və içki qiymətləri baxımından Avropanın ən bahalı hava lim...