Logo

Polislər üçün yeni elektromobillər gətirildi - FOTO

Polislər üçün yeni elektromobillər gətirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıya Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib. Sözügedən mini maşınlar Dənizkənarı Milli Parkın ərazisində xidmət göstərəcək.

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, hazırda bu tipli elektromobillərdən Bakıya 6 ədəd gətirilib.

Post Patrul Xidmətinin əməkdaşları həmin elektromobillərdən açıq hava şəraitində istifadə edəcəklər. Onlar Bulvar ərazisində hərəkət edən polislərin ictimai asayişi qorumasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, hazırda Dənizkənarı Milli Parkda ənənəvi avtomobillərlə nəzarət həyata keçirirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR