Gündəlik toyuq əti yemək orqanizmə necə təsir edir

Gündəlik toyuq əti yemək orqanizmə necə təsir edir
 

Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edir

Toyuq döşü, qaynadılmış toyuq, toyuq ətindən kotlet- məlum olduğu kimi arıqlayanlar arasında, xüsusilə də qızlar arasında ən məhşur yeməklərdir.  Həqiqətən də toyuq əti, mal əti və donuz ətindən daha az yağlıdır və eyni zamanda bir sıra faydalı xüsusiyyətlərə malikdir.  Xüsusilə toyuqda C vitamini, B qrup vitaminləri, selen, kalium, kalsium, fosfor, dəmir, sink və maqnezium var.  Ancaq məlumdur ki, müxtəlif dozalarda istənilən məhsul orqanizm üçün  həm faydalı, həm də ölümcül  həddə təhlükəli ola bilər. Toyuq əti  də istisna deyil.

2018-ci ilin fevral ayında Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edib. Toyuq əti istehlakını 2 dəfəyə qədər azaltmaq  daha yaxşıdır.  Fakt budur ki, toyuqda yüksək səviyyədə xolesterol var.  Müqayisə üçün: 100 qram toyuq ətinin tərkibində təxminən 60 mq xolesterol var.  Eyni çəkidəki dana və ya mal əti parçasından bir qədər az.

Əgər ki, ateroskleroz kimi təhlükəli bir patologiyaya meyllisinizsə, bu o deməkdir ki,  risk altındasınız və mütləq olaraq  hər gün toyuq yeməməlisiniz.  Axı  ateroskleroz, qan damarlarının daxili astarına artıq xolesterolun tökülməsi ilə əlaqələndirilir.

 Xroniki xəstəliklərə əlavə olaraq toyuq ətinə həddindən artıq sevgi digər kədərli nəticələrə səbəb ola bilər.  Bol yağda qızardılmış toyuq ayaqları -  təhlükəli trans yağı mənbəyidir.  ABŞ-da qida məhsullarının və dərman vasitələrinin  keyfiyyətinə sanitar nəzarəti həyata keçirən idarə  2015-ci ildə  qəti şəkildə trans yağlarının  insan orqanizmi üçün zərərli olduğunu  tanıdı. Məsələ burasındadır ki, onlar  əqli fəaliyyətə neqativ təsir edir,  fəallığı aşağı salır,  həmçinin ürəyin işemik xəstəliyini provokasiya edə bilər .

Eyni zamanda,  orta miqdarda toyuq əti  yemək nəinki faydalı, hətta  bədənimiz üçün çox zəruridir.  Təsadüfi deyil ki, soyuqdəymə zamanı həkimlər məhz toyuq bulyonunu yeməyi məsləhət görürlər.  Toyuq ətinin tərkibindəki faydalı maddələr  və vitaminlər bədənimizi tonusda  və çəkimizi nəzarətdə  saxlamağa kömək edir.  Ancaq hər gün toyuq yemək lazım deyil : əlavə sağlamlıq problemləri nəyə lazımdır?  Toyuq yeməklərini lobya, tofu və balıq kimi bitki əsaslı zülal mənbələri ilə əvəz etmək daha yaxşıdır.

(ena.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...