Günay Ağamalı: Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Günay Ağamalı: Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
 Əziz soydaşlarım! Sizi, Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Allah edilən duaları, tutulan oruc və qılınan namazlarınızı qəbul etsin. Uca Tanrı mərhəmət, humanizm, xeyirxahlıq kimi keyfiyyətləri bizlərə çox görməsin. Bu müqəddəs bayram günündə Azərbaycanın milli - mənəvi dəyərlərinin qorunması və inkişafında əvəzsiz xidmətləri olmuş Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirəm. Bütün varlığı ilə Azərbaycana bağlı olan və onun inkişafı üçün usanmadan çalışan Ölkə Prezidentimiz Cənab İlham Əliyevə möhkəm can sağlığı, ailə səadəti, çətin və şərəfli işində uğurlar arzu edirəm. Torpaqlarımızın azadlığı uğrunda vəfat etmiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Növbəti Ramazan Bayramını Qarabağımızda, Qədim Azərbaycan torpağı olan Zəngəzurda keçirtməyi Uca Tanrı bizlərə nəsib etsin! Bayramınız mübarək! Günay Ağamalı

OXŞAR XƏBƏRLƏR