Güləşçilərimiz erməniləri döşəyə çıxmağa peşman etdi – VİDEO

Güləşçilərimiz erməniləri döşəyə çıxmağa peşman etdi – VİDEO
Xəbər verdiyimiz kimi, həftəsonu Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu turnirdə iştirak edən 31 güləşçidən altısı Ermənistan idmançısı ilə qarşılaşıb. Bu idmançılardan beşi erməni həmkarları üzərində qələbə qazanıb.

Belə ki, sərbəst güləşdə 61 kq çəki dərəcəsində mübarizə aparan Qalib Əliyev təsəlliverici görüşdə Qarik Barseqyanla qarşılaşıb və rəqibi üzərində 10:0 hesablı təmiz qələbə qazanıb. Lakin Qalib bürünc medalın qalibi ola bilməyib. O, amerikalı Co Kolona uduzub.

63 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Taleh Məmmədov yarımfinalda Slavik Qalstyandan aşkar fərqlə üstün olub. O, 7:0 hesabı ilə erməni idmançıya qalib gəlib. Taleh finalda üçüncü ukraynalı – Lenur Temirov üzərində də parlaq qələbə (9:0) qazanaraq çempion olub.

Avropa Oyunları və İslamiadanın qalibi Elvin Mürsəliyevin də yolu bürünc medal uğrunda görüşdə erməni idmançısı ilə kəsişib. 82 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Eduard Sarqsyana qalib gəlib. 3:3 hesabı ilə başa çatan görüşdə sonuncu xalı Elvin əldə etdiyinə görə bürünc medal da ona verilib.

97 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Orxan Nuriyevin ilk görüşü erməni idmançısı ilə olub. O, 1/8 finalda Vaqinak Minasyandan 5:3 hesabı ilə öndə olub. Orxan bürünc medal uğrunda görüşdə bu çəkidə mübarizə aparan digər azərbaycanlı Türmən Eyyubovun qisasını Belarusu təmsil edən Dağıstan ləzgisi Cavid Həmzətovdan çıxıb.

87 kq çəki dərəcəsində mübarizə aparan daha bir yunan-Roma güləşçimiz İslam Abbasov yarımfinalda Maksim Manukyandan üstün olub – 9:6. Lakin o, finalda meydan sahibi olan ukraynalı Yan Belenyuka uduzaraq gümüş medalla kifayətlənib.
 
 
 
 




OXŞAR XƏBƏRLƏR

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...