Güləşçilərimiz erməniləri belə sürüdülər - VİDEO

Güləşçilərimiz erməniləri belə sürüdülər -  VİDEO
Gənc idmançılarımız 1 qızıl və 1 bürünc medal qazandılar.

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından AZXEBER.COM-a verilən xəbərə görə, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.

Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən Arif Hüseynov Dünya çempionatının bürünc medalına sahib olub.

60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardıcna Ukrayna və Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən Nurməhəmməd Hacıyev Dünya çempionatının qızıl medalına yiyələnib.

Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...