Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSUL - FOTO

Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSUL - FOTO

Əgər göz masajına gündə cəmi 10 dəqiqə ayırsanız, gözəl nəticələr əldə etmək olar! Məlum məsələdir ki, kompüter arxasında işləyənlərin gözləri çox tez zəifləyir. Gözləri günün sonuna yaxın öz-özünə bağlanır və bərk ağrıyırlar. Günəş işığına çıxanda isə özünü vampir kimi hiss edirsən. Təbii ki, bunu ancaq masaj xilas edə bilər! 

 

Sfera.az xəbər verir ki, həkimlər hər axşam gözləri 10 dəqiqə masaj etməyi məsləhət görür. Mütəxəssislərin sözlərinə görə, masaj göz əzələlərindəki dəhşətli gərginliyi və həddən artıq baş ağrısını da aradan qaldırır.

 

Göz masajı

 

Gözlərin aktiv nöqtələrini təxminən 90 saniyə masaj edin. Bu, hipermetropiya və kataraktanın əla profilaktikasıdır.

Qaş qövsünü güclü masaj edin.

Göz aşağı hissəsini də masaj edin.

Gözlərin künclərini yüngülcə əzin

İki gözün arasındakı məsafəni - burun sümüyünün başlanğıcını iki barmaqla yaxşıca masaj edin.

Göz altında yerləşən burun boşluğunun üzərinə basın.

Qapalı göz qapaqlarına 10-12 dəfə möhkəm basın.

Sonda alın mərkəzində yerləşən nöqtəni masaj edin.

 

Göz ətrafının masajı heç də digər orqanların masajından az əhəmiyyət daşımır. Bu, həmin zonada qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir.



OXŞAR XƏBƏRLƏR