Gözəllik müsabiqələrinin iştirakçısı model şokolad yeyərkən boğularaq öldü

Gözəllik müsabiqələrinin iştirakçısı model şokolad yeyərkən boğularaq öldü
 

Gözəllik müsabiqələrinin iştirakçısı olmuş 17 yaşlı rusiyalı model şokolad yeyərkən boğulub ölüb.

 

Sfera.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.

Həmin vaxt qız tək olmayıb. Modelin yanında olan tanışının sözlərinə görə, yaşayış binasının girişində söhbət etdikləri zaman yediyi şokolad modelin boğazında qalıb və o, huşunu itirib.

Oğlan təcili yardım maşını çağırsa da, modelin həyatını xilas etmək mümkün olmayıb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR