Gözəllik kraliçası insan alveri ilə məşğul olurmuş: 50 ilədək həbs oluna bilər - FOTOLAR

Gözəllik kraliçası insan alveri ilə məşğul olurmuş: 50 ilədək həbs oluna bilər - FOTOLAR
Meksikanın gözəllik kraliçası Laura Romero insan alveri qruplaşmasının üzvü olduğu üçün həbs edilib.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika gözəlinin günahkar olduğu tam sübut edilərsə, onun 50 ilədək həbs olunma ehtimalı var. 

25 yaşlı model 2015, 2018 və 2020-ci illərdə müxtəlif gözəllik yarışmalarında iştirak edərək yer tutub.
 
Laura Romeronun hələ illər əvvəl verdiyi açıqlama isə indi müzakirlərə səbəb olub. Belə ki, gənc model jurnalistlərə verdiyi müsahibələrdən birində, "Gözəl üzdən daha çox şeyə sahibəm", deyib. Bundan əlavə Laura Romero dəfələrlə qadına şiddətə qarşı olması ilə diqqət çəkib.
 









Sfera.az
İnci


OXŞAR XƏBƏRLƏR