Göyçayda karantin rejimini pozduqlarına görə həbslər: Saytımızın yazdıqları təsdiqlənir

Göyçayda karantin rejimini pozduqlarına görə həbslər: Saytımızın yazdıqları təsdiqlənir

Göyçay rayonunda karantin rejimini ciddi şəkildə pozan 2 nəfər rayon sakini həbs olunub.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə regionlarda yaşayan bəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.


Təkcə bu gün ərzində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini kobud şəkildə pozan 17 nəfər rayon sakini barəsində cərimə tətbiq ediblər. Onlardan 2 nəfər rayon sakini məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.

 

Rayon polis şöbəsinin əməkdaşları reydlər zamanı insanlara səslənərək evdən çıxmamağa karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.

Hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.


Xatırladaq ki, sfera.az saytı olaraq ötən gün Göyçay rayonunda karantin rejiminə riayyət edilmədiyi və müxtəlif şəxslərin hansısa yollarla saxta icazə kağızları əldə etdikləri barədə məqalə dərc etmişdik. Artıq bu gün Göyçayda karantin rejimini pozduğuna görə 2 nəfərin həbs edilməsi isə bu istiqamətdə arzulanan tədbirlərin həyata keçirildiyindən xəbər verir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...