Göyçayda dəhşətli hadisə: Kişi əvvəlcə arvadını, sonra özünü güllələyərək öldürdü

Göyçayda dəhşətli hadisə: Kişi əvvəlcə arvadını, sonra özünü güllələyərək öldürdü
Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib.

İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü vuraraq intihar edib.

Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında baş verib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
(APA)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Perm qatilinin ayağı amputasiya olundu

Dünən Rusiyanın Perm şəhərindəki ali məktəbdə kütləvi qətl törədən Timur Bekmansurovun səhhəti ağırdır. Sfera.az xəbər verir ki, o, saxlanılan zaman yaral...

Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürdü

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki,...

XAÇMAZDA DƏHŞƏTLİ HADİSƏ: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi

Xaçmaz rayonunda ailə faciəsi yaşanıb  Sfera.az-ın məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əs...

Nazir müavini, keçmiş komitə sədri və... - Bu şəxslər Rövşən Əkbərov əleyhinə ifadə verib

Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, proses ...

Göyçayda dəhşətli hadisə: Kişi əvvəlcə arvadını, sonra özünü güllələyərək öldürdü

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb...

Lənkəranda silahlı insident zamanı iki nəfər ÖLDÜRÜLDÜ

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub. Sfera.az xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silah...