Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynovla bağlı araşdırma başlanıb.

Sfera.az-ın məlumatına görə, gömrük generalının hədəfə gəlməsi onun barəsində son günlər ölkə mətbuatında yazılan və bu günə qədər təkzib olunmayan faktlardır. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu bəlli olub.

Bundan əlavə casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Maraqlıdır ki, onun burada işə düzəlməsində yaxın qohumu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov həlledici rol oynayıb.

DGK-nin sədrinin birinci müavini İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyevin hazırda axtarışa verildiyi bildirilir. Məlumata görə, İsmayıl Hüseynov bibisi oğlunu Bakı Baş Gömrük İdarəsində işə düzəldibmiş. Emin Hacıyev burada işlədiyi 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol verib. Bir çox sahibkarlarla da aralarında pul mübahisəsi olduğu bildirilir.

Bütün bu faktların kifayət qədər şübhəyə səbəb olduğunu nəzərə alan hüquq-mühafizə orqanları isə İsmayıl Hüseynovla bağlı araşdırmalara başlayıb. Baş verənlərlə bağlı daha təfərrüatlı məlumat verəcəyik.



OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...