Generalımız hansı şəraitdə şəhid olub? - Təfərrüatlar

Generalımız hansı şəraitdə şəhid olub? - Təfərrüatlar
 

"Təəssüflər olsun ki, bizim general rütbəli şəhidimiz var. General Polad Həşimov Aprel döyüşlərində də ön cəbhədə əsgərlərlə bir səngərdə idi. Bu onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlarda və səngərlərdə olmaqdan çəkinmirlər. Azərbaycan generalları kabinet generalları deyil. Onlar zabit vaxtlarından səngərlərdə xidmət edərək, düşmənlə üzbəüz tapşırıqları yerinə yetirməklə yüksəliblər”.

 

Sfera.az  xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında sabiq korpus komandiri Şair Ramaldanov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan əsgərləri heç vaxt köməksiz, rəhbərsiz olmayıb: "Rütbəsindən, vəzifəsindən asılı olmayaraq Azərbaycanın böyük çinli şəxsləri, komandirləri daim qaynar nöqtələrdə, postlarda olub, əsgərlərə və şəxsi heyətə dəstək veriblər. Vəziyyəti öz gözləri ilə görüb, qiymətləndirib lazımi tapşırıqlarını veriblər. Hər hansı yüksək rütbəli hərbçinin təhlükəli vəziyyətdə səngərdə olması şəxsi heyətin ruh yüksəkliyinə çox böyük təkan verir.

 

Məlumdur ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da mütəmadi cəbhə bölgəsində ön xəttə olur və müşahidə məntəqələrindən o əraziləri izləyir. Eyni zamanda Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev də bu yaxınlarda cəbhə bölgəsinə baş çəkib. Cəbhə bölgəsi, səngərlər, ön xətt istər Müdafiə Nazirliyinin rəhbərliyi, istərsə də birləşmə komandanlığı üçün tez-tez gedilən yerdir”.

 

Şair Ramaldanov qeyd edib ki, döyüş ərəfəsində cənab general da o istiqamətdə postda əsgərlərin yanına vəziyyəti öyrənmək üçün gedibmiş: "Bu zaman düşmənin artilleriya atəşinə tuş gələrək şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

O, tək deyildi, onunla bərabər birləşmədən olan bəzi yüksək rütbəli zabitlər də var idi. Müharibə, döyüş vaxtı hər şey ola bilər. Bu onu göstərir ki, Azərbaycan generalı hər an əsgərin, şəxsi heyətin yanında olaraq hətta canı bahasına öz vəzifə borcunu yerinə yetirməyə qadirdir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...