Gəncədə toydan çıxan şəxs bıçaqlandı

Gəncədə toydan çıxan şəxs bıçaqlandı
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında olub.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Həsənov Taryel Valeh oğlu qarın nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.v

OXŞAR XƏBƏRLƏR