Gənc deputat seçicilərinin su problemlərindən yazdı

Gənc deputat seçicilərinin su problemlərindən yazdı

Millət vəkili Bəhruz Məhərrəmov təmsil etdiyi Biləsuvar rayonunun su problemi haqda yazıb.


Sfera.az-ın məlumatına görə, deputat əkin mövsümünün başlanması ilə əlaqədar əhalinin qarşılaşdığı problemi özünün sosial şəbəkə hesabından diqqətə çatdırıb.


"Biləsuvar sakinlərinin dolanışığı torpaqdan çıxır, əhalinin böyük əksəriyyətini pambıqçılıqla məşğuldur. Amma insanların əkin sahələrini suvarmağa suyu yoxdur. Düzdür, çətin bir dövrdən keçirik, ölkə koronovirusla mübarizəyə səfərbər olunub. Lakin, mövsüm də gözləmir, yəni heç bir tədbir əkin sezonunu əngəlləyə bilməz”.

 

Su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi vacibliyinə toxunan millət vəkili bunları qeyd edib: "Hesab edirəm ki, vaxtında tədbirlər görülməsə rayon iqtisadiyyatı da, əhalinin güzaranı ciddi zərbə altında qalacaq. Onsuz da koronovirusla mübarizə tədbirləri Biləsuvarda əhalinin dolanışığına təsir edib.Təbii ki, biz bu tədbirləri alqışlayırıq, həyati əhəmiyyətli hesab edirik. Lakin bütün bunların fonunda ikinci bir zərbənin də susuz qalmış əkin sahələrindən gəlməsi əhalini çıxılmaz vəziyyətə salar. Ona görə də aidiyyatı qurumlardan - Azərbaycan Hökumətindən, xüsusən Meliorasiya və Su Təsərrüfatı ASC-dən bu məsələyə xüsusi diqqət ayırmalarını xahiş edirəm və bununla bağlı müraciətimi onlara da ünvanlayıram”.


OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...