Gəlin-qayınana davası məhəlləni ayağa qaldırdı: Yaralananlar var - VİDEO

Gəlin-qayınana davası məhəlləni ayağa qaldırdı: Yaralananlar var - VİDEO
 

Bütün məhəlləni ayağa qaldıran gəlin-qayınana davası iki nəfərin bıçaqlanması ilə nəticələnib.

Sfera.az bildirir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. 

Məlumata görə, gəlin və qayınana naməlum səbəbdən dava ediblər. Gəlinin ərinin davaya qoşulması gərginliyi daha da artırıb.

Gəlin vəziyyəti qardaşlarına deyib. Beləliklə, iki ailə arasındakı dava məhəllə qarşıdurmasına çevrilib. Münaqişə zamanı gəlinin iki qardaşı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq mühafizəçiləri məhəlləni mühasirəyə alaraq, giriş-çıxışı bağlayıblar.

Davada yaralanan qardaşlar xəstəxanaya yerləşdirilib. Münaqişədə iştirak edənlər isə saxlanılıb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...