“Fors-major məqamda Ukrayna və Vaşinqton...” - Blinkenin Kiyevə səfərinin PƏRDƏARXASI

“Fors-major məqamda Ukrayna və Vaşinqton...” - Blinkenin Kiyevə səfərinin PƏRDƏARXASI
Xəbər verdiyimiz kimi ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Kiyevə səfər edəcək. A.Blinken səfər öncəsi "Cənab Putinin edə biləcəyi və etməyəcəyi çox şey var", deməsi ilə də xüsusi diqqət çəkib.

Maraqlıdır, Blinken bu cür açıqlama ilə nə deməyə çalışıb? Onun hazırkı məqamda Kiyevə səfərinin məqsədi nədir? 

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Ukrayna və ABŞ-ın birgə addım ata biləcəyini deyib:

"ABŞ-ın Şərqi Avropada izlədiyi əsas prioritet siyasət Ukraynaya dəstək, Rusiyanı Ukraynaya qarşı aqressiv siyasətdən çəkindirməkdir. Blinkenin Kiyevə səfəri Kiyev və Vaşqinqton arasında siyasi və hərbi əməkdaşlığın inkişafına hesablanıb. Bundan əlavə Putinin Ukrayna siyasətində hansısa addımı atacağı da gözlənilmir. Görünən odur ki, Putin müəyyən qədər manevrlər edib, Qərbin və ABŞ-ın siyasətini proqnozlaşdırıb nəbz yoxlayırdı. Ona görə də Blinkenin qeyd etdiklərində müəyyən qədər həqiqət payı var. Lakin belə görünür ki, Kiyevlə Vaşinqton Putinin bu siyasətinə qarışmayacaqlar. Fors-major məqamda Ukrayna və Vaşinqtonun birgə hərəkəti, Putinin hibrid siyasətində hər iki dövlətin birgə addım atması ilə bağlı detallar planlaşdırılacaq". 

Müsahibimiz səfər zamanı müəyyən müqavilələrin bağlana biləcəyini də qeyd edib:

"Səfərdə bundan dolayı müəyyən müqavilələrin bağlanılması da razılaşdırıla bilər. Təbii olaraq Ukraynaya hərbi yardımlar olacaq, Ukrayna hərbi donanmasının gücləndirilməsi istiqamətində müəyyən razılıq əldə ediləcək. Həmçinin, Kiyev hakimiyyəti daxilində müəyyən islahatların aparılması gözlənilir. Çünki beşinci kolon məsələsi var və bu kolonu zərəsizləşdirmək üçün Amerikanın müəyyən köməyi lazımdır. Eyni zamanda səfərdə bu istiqamətdə də danışıqlar aparılacaq".

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR