\"Formula 1\" oyunu üçün Bakı Şəhər Halqası seçildi - VİDEO

\
 "Formula 1" üzrə mobil oyunun ilkin versiyasının videosu yayımlanıb. 

Sfera.az xəbər verir ki, videoda oyunun oynanılma qaydası göstərilib. Bunun üçün Azərbaycan Qran-prisi seçilib. Maşının sürülmə anlarının göstərildiyi videoda "Alfa Romeo" pilotu Antonio Covinatsinin idarə etdiyi avtomobil seçilib. Covinatsi bu bolidlə Bakı Şəhər Halqasında dövrə vurub.

Yeni oyunun özəlliklərinə baxdıqda, ilk növbədə "Mənim komandam” yeniliyi diqqəti cəlb edir. Çünki yeni oyunla birlikdə komanda rəhbəri olmaq imkanı da verilir. "Football Manager"ə bənzəyən oyunda oyunçular öz komandalarını idarə edəcək, istədikləri pilotları transfer edəcəklər.

"Formula 1" həvəskarları "karyera" bölümünü seçməklə oyundan istifadə edə bilərlər. Burada 22 mərhələdən ibarət yarış "tam mövsüm", 10 və ya 16 mərhələdən ibarət qısa yarışlar seçmək mümkündür. 

Bundan başqa çoxlu oyun üçün ekranın ikiyə bölünmə xüsusiyyəti də mövcuddur. Beləliklə, eyni ekranda ikili oyun oynama özəlliyi aktiv olacaq.

Oyunun proqramı tam olaraq iyulun 10-da təqdim ediləcək. 


 
(report.az)

OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...