Flora Kərimova Afəti məhkəməyə verir - VİDEO

Flora Kərimova Afəti məhkəməyə verir - VİDEO

Afət Fərmanqızını məhkəməyə verirəm.

Sfera.az xəbər verir ki, bunu ARB TV-nin "Hüseynova bacıları” verilişində Xalq artisti Flora Kərimova deyib.

"İnsanda üz olmalıdır. Hər bir xanım özünə hörmət etməlidir. Qəşəng xanım olsa da, dilini bir az şirin etməlidir. Onun tərəfindən yaşıma uyğun olmayan sözlər eşidirəm. Hərəkətləri də yaxşı deyil. Ona hər bir xanımın hər hansı bir nəsli, ölkəni və qadınları təmsil etdiyini dedim. Amma heç nə onun vecinə deyil. Mən ona yaxşı söz dedim, o isə məni söydü.

Məhkməyə verməyimin əsas səbəblərindən biri mənim ona cavab verməyə qüvvətim və sözümün çata bilməməsi ilə bağlı dediyi sözlər oldu. Afət ancaq danışır. Mən də boğaza yığıldım”, -  Flora Kərimova deyib.

"Bayram günündə Afət gəlib sizdən üzr istəsə, barışarsınız?” sualına Xalq artisti Afətdə o qabiliyyətin olmadığını bildirib:

"Mən bir çoxları kimi küsüb, incidikdən sonra barışan deyiləm. Təbiətim buna uyğun deyil. Bundan sonra insan təbiətini heç nə dəyişməz”.

Qeyd edək ki, ikili arasındakı qalmaqala ATV kanalında yayımlanan "Zaurla Günaydın” verilişində qonaq olan Xalq artisti Flora Kərimovanın söhbət əsnasında işlətdiyi "Nəsimini bərbad hala salan Afət” ifadəsi işlətməsi səbəb olub. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...