Fiziki şəxslər idxalı artırır – Bu il yeni rekord göstərici qeydə alınıb

Fiziki şəxslər idxalı artırır – Bu il yeni rekord göstərici qeydə alınıb
Bu il fiziki şəxslər tərəfindən idxal edilən malların həcmində artım davam edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-avqust dövründə fiziki şəxslər tərəfindən idxal edilən malların dəyəri ötən illə müqayisədə 229 milyon dollar, yaxud 37,4 faiz artaraq 841,8 milyon dollara çatıb. Artımın böyük olması səbəbindən fiziki şəxslər tərəfindən gətirilən malların ümumi idxalda payı 11,45 faizə yüksəlib. 

Sfera.az bildirir ki, bu il fiziki şəxslərin idxalında qeydə alınan göstərici indiyə qədər müşahidə edilən ən yüksək göstəricidir. Fiziki şəxslər 2018-ci ilin yanvar-avqust ayları ərzində 387,7 milyon dollar, 2019-cu ilin eyni dövründə 599,5 milyon dollar, 2020-ci ilin səkkiz ayında 612,3 milyon dollar dəyərində idxal həyata keçirib. Müqayisə göstərir ki, 2018-ci ilə nisbətən idxalın dəyərində 2,17 dəfə artım baş verib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...