FIFA \"Liverpul\"a böyük məbləğdə kompensasiya ödəyəcək

FIFA \
 FIFA İngiltərənin "Liverpul" klubuna 2 milyon funt sterlinq məbləğində kompensasiya ödəyəcək.

Sfera.az xəbər verir ki, ödəniş klubun müdafiəçisi Co Qomesin yığmada zədələnməsi ilə əlaqədar aparılacaq.

23 yaşlı oyunçu millinin düşərgəsində dizindən xəsarət alaraq uzun müddətədək sıradan çıxıb. FIFA Qomesə kompensasiya ödəməyə razılaşıb.

Qeyd edək ki, bunadək "Liverpul"da daha bir müdafiəçisi Virgil van Deyk və yarımmüdafiəçi Fabinyo da sıradan çıxıb.
 
(report)

OXŞAR XƏBƏRLƏR