FIDE yeni reytinq siyahısını açıqladı

FIDE yeni reytinq siyahısını açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il yanvarın 1-nə olan reytinq siyahısını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri yeni reytinqdə dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.

 

Digər şahmatçılarımız isə reytinq siyahısında geriləyiblər. Nicat Abasov 2668 xalla 70-ci (sonuncu siyahıda 61-ci), Qədir Hüseynov 2665 xalla 74-cü (62), Rauf Məmmədov 2654 xalla 92-cidir (79). Reytinq siyahısında irəliləyən yeganə şahmatçı Arkadi Naydiçdir. Aktivində 2649 xal olan şahmatçımız mövqeyini 15 pillə yaxşılaşdıraraq 100-cü sırada qərarlaşıb.


Qadın şahmatçılarının reytinq siyahısında isə ilk yüzlükdə üç təmsilçimiz yer alıb. Günay Məmmədzadə (2443) beş pillə geriləyək 31-ci yerdədir. Siyahıda 79-cu pillədə qərarlaşan Gülnar Məmmədova (2382) 13, 90-cı yerdəki Xanım Balacayeva (2376) isə 17 pillə geriləyiblər.


Ölkələrin siyahısında isə Azərbaycan 2656 xalla yeddincidir.


Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2862) başçılıq edir. Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur. Milli federasiyaların reytinqində isə Rusiya (2736) liderdir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...