FETÖ «Gezi Parkı» hadisələrini Azərbaycanda Əli Kərimlinin əli ilə tirajlayırmış — ŞOK GÖRÜŞ

FETÖ «Gezi Parkı» hadisələrini Azərbaycanda Əli Kərimlinin əli ilə tirajlayırmış — ŞOK GÖRÜŞ

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) əsas ruporu olan «Azadlıq» qəzetinin Fətullah Gülən şəbəkəsi ilə daha bir əlaqəsi ortaya çıxıb. 

«Ölkə.az» saytının Türkiyədəki diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, AXCP-nin mətbuat xidmətinin rəhbəri və «Azadlıq»qəzetinin əməkdaşı Natiq Adilov 2013-cü ilin may ayında bu ölkədə növbəti dəfə səfərdə olur. 

Həmin vaxtı Natiq Adilov İstanbulda «Zaman» qəzetinin baş ofisində və «Conrad İstanbul» otelində Fətullah Gülən şəbəkəsinin üzvü olan bir sıra şəxslərlə görüşüb. Görüşlər zamanı Natiq Adilovu«Zaman Azərbaycan» qəzetinin hazırda Avstraliyada yaşayan keçmiş baş direktoru Süleyman Ünal müşayiət edib. 

Görüşlər zamanı «Gezi Parkı» hadisələrinin «Azadlıq» qəzetində necə işıqlandırılması, partiyanın bu məsələyə mövqeyi və digər bu kimi məsələlər müzakirə olunub. 

Natiq Adilovun sözügedən şəxslərlə Türkiyədə «Gezi Parkı» hadisələri ərəfəsində görüşməsi və onun həmin dövr bu hadisələri «Azadlıq» qəzetində geniş işıqlandırılması, «qəhrəmanlıq dastanı» kimi təqdim etməsində canfəşanlıq göstərməsi yaranmış şübhələri daha da dərinləşdirir. 

Xatırladaq ki, hazırda da «Gezi Parkı» hadisələrinin Fətullah Gülən şəbəkəsi tərəfindən törədildiyi ehtimal edilir. Həmin dövr İstanbul şəhərinin valisi işləmiş şəxslə şəhərin polis rəisi işləmiş şəxs FETÖ üzvü olduqları üçün həbs ediliblər. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...