Fərqanə Qasımova həbsdə olan həyat yoldaşından danışdı: Onu etməsəydim...

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşından danışdı: Onu etməsəydim...
"21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla ailəyə zərbə gətirmək xoşagəlməz hal oldu".

Sfera.az "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Onun sirri" proqramında deyib.

Xanəndə bir müddət əvvəl həyat yoldaşı Elnur Mövlamovun həbs edilməsi xəbərlərinə münasibət bildirib:

"Yeni ailə qurmuşdum, deyirdilər boşanıb. Belə bir şey yox idi. Bəzən insanlar onları maraqlandırmayan mövzularla maraqlanırlar. Əsas işin mövzusu başqadır. Burada qəhrəman qadından söhbət gedir. Bu əsərin baş qəhrəmanıyam. 21 ildə böyük qəhrəmanlıqlar etmişəm: övladlarım, yoldaşım və getdiyim ailə üçün. Bu gün Fərqanə Qasımovanın verdiyi qurbanlardan, göstərdiyi qəhrəmanlıqlardan, sənətinə görə gecə-gündüz təyyarələrdə uçamaqlarından danışılmadı.

Dahi insanın qızı olub, bunu qorumaq, dörd övlad arxasında durmaq çətindir.Nə üçün bunlar qabardılmadı? Ailənin öz sirri olmasaydı ailə olmazdı. Elə qadın var ki, axşam ağlayır səhər gözünü silib heç nə olmamış kimi həyata davam var. Hər zaman şükür edib yaşamaq var. Ailəmi bura qədər qoruyub saxlaya bildim. Allahın dur deyəcəyi bir yer var. Ona görə də əvvəl nə qədər təzyiq, problem olsa da, ailə tablosunu pozmaq istəmədim. Amma... Bir qadın, ana, xanım olaraq özümə borc bildim... Həm də böyük sevgi, mücadilə var idi. Onu etməsəydim yarı yolda qalardım.

İndi ailə dağılmaq kimi bir şey yoxdur: atam, anam, qardaşım, bacım, övladlarım var. Bizimlə yol gedə bilməyən insanlar oldu, onlarla bura qədərmiş. Mən o insanla hər an qopa bilərdim, amma onun uçurumdan düşməsinə göz yuma bilmədim. Ağırlığı çiynimə götürdüm. İnsan qardaşının, atasının, övladının uçurumdan atlamasına necə göz yumar? Mən də onun yanında oldum... Ta ki, o insan əlini qoparıb uçuruma özü düşənə qədər. Dost, ana, ata, yoldaş, bacı oldum. Missiyalarımdan istifadə etdim. Bu gün hər kəs deyə bilər, haqlıyam. Əsl haqq Allahın dərgahındadır. Efirdən istifadə edib kimisə günühkar çıxara, müqəssir deyə bilmərəm. Hər kəs öz müqəssirliyi, günahını anlasa, qurtuluş olacaq".

Qeyd edək ki, E.Mövlamov 9 il azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...