Fərid Qayıbov xanım müavininin rəqs görüntüsündən DANIŞDI - VİDEO

Fərid Qayıbov xanım müavininin rəqs görüntüsündən DANIŞDI - VİDEO
Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.
 
Sfera.az xəbər verir ki, o, "ASAN Radio"ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib:
 
"O videonun yayılması düşünülmüş şəkildə edilmişdi. Bu, bir balaca adama toxunur. Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər onu yaymışdı. Təbii ki, həmin adamın kimliyini bilirik. Şəxsi videonu paylaşmazdan əvvəl onu soruşmaq lazımdır.

Mən nazir müavini ilə artıq 2008-ci ildən bəri bir yerdə işləyirəm. Bir yerdə bu yolu gəlmişik. Ondan çox razıyam, böyük işləri bərabər görmüşük. İşlərimdə hər zaman mənə dəstək olub".
 
Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun bədii gimnastika millisinin baş məşqçisi işlədiyi vaxt etdiyi rəqsin videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu./Oxu.az/
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...