\"Fənərbaxça\" Sinan Gümüşlə anlaşıb

\
 

Transfer bazarındakı fəallığını davam etdirən "Fənərbaxça" daha bir futbolçu ilə anlaşıb.

Sfera.az xəbər verir ki, Super Liqa təmsilçisi "Cenoa"nın hücumçusu Sinan Gümüşü heyətinə cəlb etmək üzrədir.

"Sarı-lacivərdlilər" müqavilə ilə İtaliya klubuna məxsus olan və "Antalyaspor"da icarə əsasında çıxış edən sabiq "Qalatasaray"lını icarəyə götürməyə hazırlaşır. "Fənər" 26 yaşlı forvarda "Cenoa"dakı illik məvacibi olan 750 min avronu ödəməyə boyun olub. A seriyası klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Sinanın keçidi mövsümün sonuna reallaşacaq.

Qeyd edək ki, "Fənərbaxça" buna qədər Barış Sunqur ("Bucaspor"), İsmail Yüksək ("Gölcükspor") və Mərt Hakan Yandaşla ("Sivasspor") anlaşıb.


OXŞAR XƏBƏRLƏR