Fələstin bayrağı ilə bağlı TARİXİ FAKT - İngilislərin oyunu, türklərə qarşı böyük ərəb üsyanı...

Fələstin bayrağı ilə bağlı TARİXİ FAKT - İngilislərin oyunu, türklərə qarşı böyük ərəb üsyanı...
"Fələstin mövzusu aktualdır və bilən də, bilməyən də İsrail-Fələstin münaqişəsi üzrə "ekspert” olub”.
 
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Əli Hacızadə deyib. O, Fələstin bayrağı haqqında məlumat paylaşıb:

"Tam əminəm ki, insanlarımızın çoxunun, Fələstin bayrağının necə yarandığı haqqında heç bir anlayışı yoxdur. 

Birinci dünya müharibəsi zamanı, Rusiya və Fransa erməniləri silahlandırıb imperiyanın şimal-şərqində erməni üsyanları və erməni silahlı dəstələri təşkil etdilər. Britaniya isə daha çox ərəb vilayətləri ilə maraqlanırdı, Britaniya kəşfiyyatı bir sıra ərəb ailələri və qəbilələri ilə onlara pul və müxtəlif vədlər verməklə ittifaq yaradaraq onları Məkkə şəriflərinin rəhbərliyi altında "türklərə qarşı böyük ərəb üsyanını” başlatmağa təhrik edə bildi. 

Lakin, üsyandan əvvəl, ingilislər fikirləşdi ki, bu adamlara (üsyan etmiş ərəblərə) bir vahid bayraq lazımdı və onda ingilis diplomat, ərəblər üçün indi Fələstin bayrağı kimi bilinən bayrağı yaratdı (bir sıra ərəb dövlətlərinin bayrağı da bu bayraqdan ilhamlanaraq yaradılıb). Yəni hazırkı bayraq, 1916 il türklərə qarşı ərəb üsyanının bayrağıdır”.

Ə.Hacızadə həmçinin qeyd edib ki, bu gün minlərlə türk vətəndaşı bu bayraqla, hətta bəzən bu bayrağı türk bayrağından daha yuxarı yerləşdirməklə meydanlara çıxanda, yəqin ki, Londonda kimlərsə ikili hisslər keçirir.
 


Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...