Fədayə Laçın Tacirlə DUET OXUDU - Özü də görün hansı mahnını - VİDEO

Fədayə Laçın Tacirlə DUET OXUDU - Özü də görün hansı mahnını - VİDEO

2 ildən sonra azadlığa qovuşan xanım sənətçi Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə yenidən bir araya gəlib.

Sfera.az xəbər verir ki, cütlük toy məclislərinin birində yaxın keçmişdə ən çox danışılan mahnılardan "Səni deyirlər"i duet oxumağa da fürsət tapıblar.

Tacir Fədayənin həbsxana həyatından sonra yenidən bir araya gəlməyəcəklərini istəyənlərə cavab da verib:

"Kim nə deyir, kim nə yazir, kim nə pozur fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda Nömrə 1 duet ortağı olmuşuq və dünənki məclisimizdə gözəl bir duetimiz alındı".

Qeyd edək ki,  Fədayənin azadlığa çıxandan sonra Tacirlə bir daha duet oxumayacağı ilə bağlı söz-söhbətlər dolaşırdı. Lakin xanım ifaçı bu iddialara "Hər zaman Tacirlə toylara birgə getmişik. O da, mən də ifaçıyıq. Bundan sonra da gedərəm. Biz heç vaxt düşmən olmamışıq. Danışmışıq, toylarda, verilişlərdə oxumuşuq. Bacım Tacir Şahmalıoğlu ilə oxumağıma qadağa qoymayıb. Şəxsən mənə elə bir söz deməyib" sözləri ilə cavab verib.

 

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu. (milli.az)



OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...