Fədayə: “Laçın da mənim kimi azadlığa çıxdı...”
Maqazin
10:57 / 01.12.2020
1216
28 ildir, işğalda olan Laçının azad edilməsi, əslən Laçından olan müğənni Fədayə Laçın üçün əsl bayram olub.
Sfera.az xəbər verir ki, müğənni sosial media hesabında sevincini bu sözlərlə ifadə edib:
"Gözlərimiz aydın olsun. Laçın da mənim kimi azadlığa çıxdı. Allah bütün bağlı qapıları açsın. Məhəbbətin və Laçın həsrəti ilə budünyadan köçənlərin ruhları şad olsun. Biz bu qələbəmizi igid oğullarımıza, əsgərlərimizə borcluyuq. Qarşınızda baş əyirik”.
Jalə Mehdi
Sfera.az