\"Facebook\"-da ödəniş sistemi və kriptovalyuta istifadəyə veriləcək

\
Facebook şirkəti özünün ödəniş sistemini və kriptovalyutasını bir sıra ölkələrdə 2020-ci ildə istifadəyə verəcək.
 
Lent.az technote-a istinadən xəbər verir ki, şirkətin kriptovlayutası GlobalCoin adlanacaq və bu ilin sonunda onun test mərhələsi başlayacaq.
 
 
Şirkət sözügedən layihə barəsində məlumatları bu ilin yay fəslində verəcək. Jurnalistlərin məlumatlarına əsasən Mark Zuckerberg kriptovalyuta ilə bağlı məsələləri Bank of England bankının rəhbəri Mark Carney, ABŞ-ın maliyyə nazirliyi və Western Union kimi ödəniş servisləri ilə məsləhətləşib.
 
Facebook-un kriptovalyutası barəsində hal hazırda nə məlumdur? 2018-ci ilin may ayında Facebook öz daxilində blockchain texnologiyasının tədqiqatı üzrə xüsusi qrup yaratmışdı. Həmin qrupun rəhbəri isə David Marcus oldu. Facebook-dan əvvəl o, PayPal-da çalışıb. Bloomberg-in məlumatına əsasən sözügedən tədqiqat qrupuna daxil olan 50 nəfərdən demək olar ki, hər biri PayPal-da çalışıb. Həmçinin Bloomberg məlumat vermişdi ki, həmin qrup Whatsapp daxilində pul köçürmələri üçün kriptovalyutasının hazırlanması ilə məşğuldur. Facebook şirkətini ilk öncə Hindistan bazarı maraqlandırır.
 
Şirkət stablecoin yarada bilər. Kriptovalyutanın xüsusi növü olan stablecoin ABŞ dollarına bağlıdır. Bu ayın əvvəlində Facebook şirkəti jurnalistlərə bildirmişdi ki, şirkət hazır məhsul mərhələsindən hələ çox uzaqdır. The Wall Street Journal saytı xəbər vermişdi ki, bu layihənin adı Project Libra-dır. Həmin vaxtda jurnalistlər xəbər vermişdilər ki, Facebook şirkəti reklam baxışlarına və ya sosial şəbəkə daxilində alış-verişlərə görə adi istifadəçiləri öz kriptovalyutası ilə mükafatlandıracaq. Facebook şirkəti həmçinin tokenlərin təmin olunması üçün 1 milyard dollar investisiyanın cəlb olunması məsələsində Visa, Mastercard və First Data kimi ödəniş operatorları ilə də danışıqlar aparıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...