Expressbank aşağı faizlərlə 25 000 AZN-dək nağd pul krediti təklif edir

Expressbank aşağı faizlərlə 25 000 AZN-dək nağd pul krediti təklif edir
 
Hər zaman müştərilərə təklif edilən xidməti yüksək səviyyədə saxlamağı və onların
etibarlı tərəfdaşına çevrilməsini hədəfləyən Expressbank artıq faizləri endirərək, illik 17% -dən
nağd pul krediti təklif edir. 25 000 AZN -dək təklif olunan nağd pul kreditinin ödəmə müddəti isə
48 ayadək uzadılıb. Bununla yanaşı bank müştərilərə əmək haqqının on mislində nağd pulu
zaminsiz və girovsuz təklif edir.
Banka yaxınlaşan istənilən müştəri kreditini sürətli şəkildə rəsmiləşdirib elə həmin gün
nağd pulunu əldə edir. Bununla yanaşı nağd pul kreditindən faydalanmaq istəyən, lakin iş
saatlarında banka yaxınlaşa bilməyən müştərilər şənbə günləri saat 10.00 - dan 15.00- dək
Bakıda Nəsimi və Əhmədli, Sumqayıt şəhərindəki filial, bölgələrdə isə Gəncə, Mingəçevir və
Bərdə şəhərlərindəki filiallarda kredit sifarişlərini rəsmiləşdirə bilərlər. Həmçinin banka
gəlmədən, vaxtına qənaət edərək online sifariş etmək də mümkündür. (
//www.expressbank.az/loans/cash-loans linkinə keçid alaraq kredit sifarişini reallaşdırmaq
mümkündür. )
Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay
ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə
bilərlər.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər
təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı
məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın
sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR