Expressbank 2019 - cu ilin ilk rübünü mənfəətlə başa vurub.

Expressbank 2019 - cu ilin ilk rübünü mənfəətlə başa vurub.

İş prinsiplərində və müştəri münasibətlərində şəffaflığa önəm verən Azərbaycanın aparıcı banklarından olan "Expressbank” ASC 2019 – cu ilin ilk rübü üçün maliyyə hesabatını açıqlayıb.

Cari ilin birinci rübündə Expressbank müştərilərə müxtəlif təyinatlı maliyyə məhsullarını uğurla təqdim edərək, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini artırıb və dayanıqlıq göstəricilərini gücləndirmişdir. Belə ki, yaradılmış ehtiyatlar üçün 229 min manat vəsait ayrılıb və xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 78% artaraq 1 milyon 336 min manat təşkil edib. Kapitalın illik gəlirliyi isə birinci rüb üzrə 4.4% olmuşdur.

2019- cu ilin əvvəlindən bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin I rübü ilə müqayisədə 27% artaraq 240 milyon 830 min manat təşkil edir. Bununla yanaşı kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni rübü ilə müqayisədə 2.6%-dən 1.87%-ə enib. 

Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə və  onların etibarlı tərəfdaşına çevrilməsinə hədəflənən Expressbank 2018- ci ilin ilin birinci rübü ilə müqayisədə maliyyə  dayanıqlılığının yüksək olması ilə əhalinin banka artan etibarını aydın nümayiş etdirir. Bunun nəticəsində əmanətlər 15% artaraq 99 milyon 658 min manata çatıb. Həmçinin ilk rübdə bankın faiz gəlirləri 9 milyon 318 min manat, faiz xərcləri isə 2 milyon 470 min manat təşkil edib.

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid ala bilərsiniz.

 

Link: 2019 - CU İL I RÜB HESABAT

 

Qeyd edək ki, Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

*****

 


OXŞAR XƏBƏRLƏR

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala PSJ-in hücumçusu Kilian Mbappe haqqında danışıb.   Sfera.az bildirir ki, o, Mbappenin "B...

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

"Barça" ən bahalı oyunçularından birini SATACAQ

"Barselona" yay transfer pəncərəsində heyətində böyük dəyişikliklərə hazırlaşır.   Sfera.az xəbər verir ki, Kataloniya klubu artıq yolları...

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhmə...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...