\"Euronews” telekanalının əməkdaşları Suqovuşanda - VİDEO

\
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Vətən müharibəsinin gedişatında, oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

Sfera.az xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.

Bu günlərdə "Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş kənddə olub.

Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - Xaliq Hümbətov telekanala danışıb.

X.Hümbətov artıq böyük kişidir. O, 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...