\"Çətin müalicə olunan sinusit\" - səbəbləri və müalicəsi

\

Son zamanlar sinusitlə xəstələnənlərin sayı 2 dəfə artmış, həmçinin burun və burun ətrafı ciblərin patologiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı hər il 1,5-2 % artır. Hazırda stasionar müalicədə olan sinusitli xəstələr otorinolarinqoloji xəstələrin 40-50%-ni təşkil edir. Sinusitin öyrənilməsinin əsas səbəbi odur ki, kəskin və xroniki sinusitlər adətən orbital və kəllədaxili ağırlaşmalara səbəb ola bilir.

Xəstəxanadan kənar kəskin sinusitin tipik törədiciləri Streptococcus pneumoniae və Haemophilus influenzaedir, daha az rast gəlinənlər Moraxella catarralis, Streptococcus pyogenes, Staphylococcus aureus-dır.

Sinusitin tipik simptomlarına çətinləşmiş burun tənəffüsü, burundan gələn patoloji ifrazat, burun-üz nahiyyəsində ağırlıq hissi, narahatlıq, ağrı aiddir. Yerli simptomlarla yanaşı burun ətrafı ciblərin iltihabi prosesi sistemli dəyişiklərlə müşahidə oluna bilər. Bu zaman adətən ön plana baş ağrıları, zəiflik, əzginlik, tez yorulma, yüksək hərarət simptomları çıxır.

Sinusitin diaqnostikası burun boşluğuna baxış, burun ətrafı ciblərin rentgen müayinəsi və ya kompüter tomoqrafiyası əsasında aparılır. Çətin müalicə olunan sinusit insan orqanizminin və potensial törədicinin qarşılıqlı təsirində, antibakterial preparatlara qarşı mikroorqanizmlərin rezistentliyinin artmasında vacib rol oynayır. Bu biotəbəqə formasında infeksiyaların burunun selikli qişasında və burun ətrafı ciblərdə patoloji prosesin gedişatına təsiri ilə əlaqəlidir. Antibiotiklərin təsirinə və orqanizmin müdafiəedici faktorlarına biotəbəqədə olan bakteriyalar daha davamlı olurlar.

Sinusitin müalicəsi burunun selikli qişasının ödeminin aradan qaldırılmasından və sinuslarla burun boşluğu arasında keçidin bərpa olunmasından ibarətdir. Selikli qişanın ödemini aradan qaldırmaq üçün sprey, damcı və aerozol formasında buraxılan müxtəlif preparatlar istifadə olunur. Bu qrup preparatlar damar daraldan təsirə malikdir və ödemi aradan qaldırmağa kömək edir. Xəstəliyin ağırlığından və mərhələsindən asılı olaraq antibiotiklər, antihistamin preparatlar qəbul olunur. Aparılan dərman terapiyası ilə paralel, immuniteti gücləndirən, iltihabı azaldan, ifraz olunan irinin daha yaxşı xaric olunmasına kömək edən preparatlar istifadə olunur. Çətin müalicə olunan sinusitin müalicəsində bakteriya biotəbəqəsinin məhv edilməsinə təsir edən preparatlar vacib rol oynayır.

 

Sinusitin tez və effektiv müalicəsi üçün özünümüalicə ilə məşğul olmaq olmaz, mütləq Qulaq-burun-boğaz (LOR) həkiminə müraciət etmək lazımdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir. (milli.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...