Ermənistanla gediş-gəliş bərpa olunsun? – Siyasilərimiz Georgi Vanyanın təklifini dəyərləndirib

Ermənistanla gediş-gəliş bərpa olunsun? – Siyasilərimiz Georgi Vanyanın təklifini dəyərləndirib
Xəbər verdiyimiz kimi, "Qafqaz” Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan qarşılıqlı gediş-gəlişin bərpası üçün Azərbaycan və Ermənistan rəhbərliyinə müraciət edib.

Maraqlıdır, hər iki ölkə arasında münasibətlərin normala dönməsi və viza rejiminin ləğvi mümkündürmü?

Sfera.az mövzu ilə bağlı ölkə siyasətinin bir neçə tanınmış şəxsinin fikirlərini öyrənib.

Deputat Asim Mollazadə:"Gediş-gəlişin bərpası üçün yol uzundur, bir çox işlər görülməlidir..."


Millət vəkili Ermənistan tərəfini strateji platformaya dəvət edib:

"Təəssüf ki, Ermənistan tərəfdə hələlik revanş, yenidən hərbi əməliyyatları başlamaqla bağlı fikirləri ifadə edən çoxdur. Azərbaycan sülh və sabitliyə maraqlıdır. Biz açıq bəyan etmişik ki, müharibə artıq tarixdə qaldı. Biz Ermənistanı qonşu kimi Azərbaycanın həyata keçirdiyi strateji platformaya dəvət edirik və ümidvarıq ki, qarşı tərəf də bu istiqamətdə zəruri addımları atmağa çalışacaq.

Son nəticədə bölgədə sülh, əməkdaşlıq çərçivəsində münasibətlər formalaşacaq. Yol uzundur və qarşıqlıqlı inamı artırmaq üçün bu istiqamətdə bir çox işlər reallaşdırılmalıdır. Kommunikasiyaların bərpası, yolların hər iki tərəf üçün açıq olması istiqamətində addımlar atılmalıdır. Gələcəkdə şans var ki, biz bölgəmizi sülhün bərqərar olduğu sabit bir əraziyə çevirək".

Müsavat Partiyasının başqanı Arif Hacılı Ermənistanda ziyalılarının Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu qeyd edib:

 
"Ermənistanla yaxın tarixdə gediş-gəlişin bərpa edilməyəcəyi qənaətindəyəm. Nizamlama prosesinin Rusiyanın monopoliyasından çıxaraq Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada müzakirəyə təqdim olunmasının tərəfdarıyam. Əgər Ermənistan Azərbaycan, Türkiyə və digər region dövlətlərinə qarşı ərazi iddialarından əl çəksə, böyük Ermənistan iddiasından imtina edib qonşu dövlətlərlə dinc yaşamaq istəsə, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşa bilər.

Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra hadisələrə soyuqqanlı yanaşan ictimai və siyasi xadimlər, ziyalılar bu istiqamətdə fikirlərini səsləndirirlər. Ermənistan cəmiyyətinin dostluq münasibətinə hazır olub-olmadığını isə zaman göstərəcək".

"Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli saziş tam icra edilərsə..."


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov münasibətlərin bərpası üçün üçtərəfli sazişin icra edilməli olduğunu vurğulayıb:

"İndiki mərhələdə münasibətlərin bərpası mümkün deyil. İlk növbədə Azərbaycan Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli razılaşma tam şəkildə icra edilməlidir. Bundan başqa təzminat, siyasi və hüquqi məsuliyyət məsələsi də gündəmdədir. Hesab edirəm ki, bu işlər öz həllini tapmalıdır. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyinin, siyasi elitasının bizə qarşı ritorikası dəyişsin". 
 
Sfera.az
Əzizə Zeynal
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...