Ermənistanın yüksək rütbəli zabitləri məhv edildi – Müdafiə Nazirliyi
19:45 / 29.09.2020
2699
Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.
Sfera.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan ağır yaralanıb.