Dünya

Ermənistanın MN Araik Kazaryanın Azərbaycana qaçmasını təstiqləyib

Ermənistanın MN Araik Kazaryanın Azərbaycana qaçmasını təstiqləyib
Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.
"Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə nazirliyin məlumatında bildirilir.

Eyni zamanda, "Sputnik Ermənistan” agentliyi Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırıldığını yazıb.

"19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var ”, – deyə nəşr vurğulayıb.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930