\"Ermənistanın məqsədi Azərbaycan irsini məhv etmək idi\" - Prezident

\
"Torpaqlarımız 30 il işğal altında olub. Yaxınlarını itirmiş, ata-baba torpaqlarında yaşamaq hüquqlarından məhrum olmuş şəxslərin xatirəsini yaddaşımızdan silə bilmərik.”

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

"Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejiminin liderləri tərəfindən törədilmiş Xocalı soyqırımını, onun qurbanlarını heç vaxt unuda bilmərik. Bu, yaddaşımız üçün çox vacibdir, bunu qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda, gələcəyə baxmalıyıq. Lakin işğal altında olmuş ərazilərdəki dağıntılar ən pis gözləntilərimizi üstələdi, çünki az-çox Ermənistanın bu torpaqlarda nə işlə məşğul olduğu barədə məlumatlı idik, bu torpaqları ziyarət edən beynəlxalq nümayəndələrdən müəyyən məlumatlar, foto və video kadrlar alırdıq”, - İlham Əliyev deyib.

Dövlət başçısı bundan əvvəl Dağlıq Qarabağa qanunsuz səfər etmiş əcnəbilərin hazırda beynəlxalq təşkilatlar və media nümayəndələrinin ziyarət etdikləri ərazilərə getmək imkanlarından məhrum olduğunu da qeyd edib.

"Ermənistan hökuməti xaricilərin Birinci Qarabağ müharibəsindən sonra dağıntıları və azərbaycanlılara qarşı törədilmiş nifrəti görməsini istəmirdi. Çünki müharibə zamanı bütün şəhərləri məhv etmək mümkün deyildi. Onları tədricən dağıdırdılar ki, bu torpaqlarda Azərbaycan irsini, mədəniyyətini məhv etsinlər, bu torpaqları yaddaşımızdan silsinlər, bu torpaqların mənsubiyyətini dəyişdirsinlər”, - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...