Ermənistandan növbəti avantürist bəyanat

Ermənistandan növbəti avantürist bəyanat
 

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Baş Nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, Mnatsakanyan bu barədə İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.

Paşinyan avqustun 5-də Xankəndində demişdi: "Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”

"Ermənistanın Baş Naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi,-red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,- deyə Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndində deyilənləri təsdiqləmişdi.

"Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”,- deyə xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.


OXŞAR XƏBƏRLƏR