Ermənistandakı dövlət çevrilişində Paşinyanın əl atdığı sensasion metodlar

Ermənistandakı dövlət çevrilişində Paşinyanın əl atdığı sensasion metodlar
 

Tabutu başqasının qapısı qarşısında qoyanda, ölülərinizin qapınıza gətiriləcəyini gözləyin

"Tabutu başqasının qapısı qarşısında qoyanda, ölülərinizin çıxardılaraq, tabuta qoyulub qapınıza gətirilmələrini gözləyin”.

Bu sözləri Ermənistanın 168.am saytının "Pressinq” adlı internet televiziyasının verilişində sözügedən ölkənin sabiq polis rəisi, polis general-polkovniki Vladimir Qasparyan deyib. O vurğulayıb ki, bu misalı məqsədyönlü şəkildə səsləndirərək, hamıya 2018-ci ildə Ermənistan Respublikaçılar Partiyası deputatlarının evlərinin qarşısında tabutların daşınması ilə əlaqədar insidentləri yenidən xatırlatmaq istəyir. 

V. Qasparyan deyib ki, baş verənlər "pozulmuş təfəkkürün nəticəsidir, çünki bu, qeyri-adekvat, normal olmayan insanın hərəkətidir. Normal adam belə hərəkət etməz, bu anormallıq isə bütöv hərəkata çevrilmişdi. Bu məntiqlə, Paşinyan və onun tərəfdarlarından daha anormal adamlar sizin ölülərinizi çıxarıb evinizə gətirəcək?”

Sabiq polis rəisinin dediyinə görə, 2018-ci ildə baş verənlərin hamısına siyasi texnologiyalardan istifadə etməklə, xaricdən maliyyələşən qüvvələr tərəfindən nəzarət edilirdi.

"Radio evi silahlanmış mühafizəçilər tərəfindən xüsusi mühafizə olunan obyektdir. Onlar şəxsən mənim əmrim əsasında atəş açmayıblar, əks halda, atəş açardılar. Onların ixtiyarı da var idi, çünki həyat və sağlamlıqları təhlükə altında idi. Mən isə onları bir zənglə dayandırdım”, - o deyib.   

Nikol Paşinyan və onun tərəfdarlarının Radio evinə girməsi haqda danışan V. Qasparyan deyib ki, "Mən insanların öldürülməsini düzgün hesab etmədim. Polis qüvvələrinin işə qarışmadığını başa düşən və bundan faydalanan Paşinyan öz tərəfdarlarını Radio evinə daxil olmağa çağırdı. Canlı insanlara atəş açmaq əvəzinə, prokurorluq Radio evinin zəbt olunması haqqında iddia qaldırmalı idi. 

 Həddi-buluğa çatmamış uşaqların, hamilə qadınların cəlb olunması üçün texnologiyalardan istifadə edilmişdi. Biz bunların hamısını görürdük, lakin bizim əsas tapşırığımız əhalinin təhlükəsizliyini təmin etmək idi, çünki bizim fəal hərəkətlərimiz insan tələfatına, travmalara gətirib çıxara bilərdi. Paşinyan və onun ətrafındakılar bilməlidir ki, həddi-buluğa çatmamış uşaqların, hamilə qadınların cəlb edilməsi çox səhv bir addım idi və bu addım öz acı bəhrəsini gətirəcək. 

2015-ci ilin ”Elektrik İrəvan” hadisələrində (söhbət elektrik enerjisinin qiymətinin artırılmasından sonra baş vermiş iğtişaşlardan gedir) polis qüvvələri su maşınlarından istifadə edib. Bunların istifadəsi üçün haqqımız da var idi, çünki bu yolla biz sülh etiraz aksiyalarını keçirənlərlə aranı qatan, təxribat törədən qüvvələri aralaya bildik. Bu da sonrakı təcavüzün qarşısını aldı. 

Bizdə olan əməliyyat məlumatlarına əsasən, aksiya iştirakçılarının bəzilərinin cibində sement var idi. Polis qüvvələrinə yaxınlaşıb sementi onların gözlərinə atmaqla və ya sürtməklə təxribat törətmək fikrində idilər. Su maşınları istifadə etməklə onların ciblərində olan sementi islatdıq ki, hadisənin qarşısını alaq.

Amma görünür, atalar düz deyib - "dünənki yaxın dost bugünkü qəddar düşməndir”. O vaxt bu məlumatların ictimaiyyətə çatdırılmasını lazım bilməyən, həmin insanlardan biri olan, indi isə vilayətlərdən birinin qubernatoru olan şəxs mənim keçmiş müavinim idi.

İndi baxsanız görəcəksiniz ki, indiki hakimiyyət bu çirkli texnologiyalardan tez-tez öz xalqı əleyhinə istifadə edir. Azyaşlı uşaqlardan, hamilə qadınlardan canlı sipər kimi yararlanırlar”. 

Beləliklə, məlum olur ki, özünü inqilabçı kimi qələmə verən, hakimiyyət uğrunda hətta öz xalqını ölümə göndərən, azyaşlı uşaq, hamilə qadın, yaşlı nəsil nəzərə almayan Paşinyan hakimiyyətdə qalmaq üçün erməni xalqının qanını axıtmağa da hazırdır.

V. Qasparyan yekunda qeyd edib ki, "mən heç kimə siyasi meydana çıxmağı məsləhət görmürəm, çünki Nikol Paşinyan reallığında bu addım bütün siyasi avantüristlər üçün ölümcül ola bilər”. 



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...