Ermənistanda seçkilərdə ciddi qanun pozuntuları oldu - FOTO

Ermənistanda seçkilərdə ciddi qanun pozuntuları oldu - FOTO
Ermənistanın Araqatsotn vilayətinin Aparan icmasında yerli özünüidarə orqanlarına seçkilərdə bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Sfera.az xəbər verir ki, bu barədə "Aravot.am” məlumat yayıb.

Məlumata görə, artıq səsvermənin başlanmasından təxminən 2 saat sonra seçicilərin şəxsiyyət vəsiqələrindən əlavə arayışla bağlı problemlərinin ortaya çıxması barədə məlumatlar daxil olub.

Məsələn, vətəndaşlardan biri özü ilə hərbi komissarlıqdan qeydiyyat vərəqəsini götürməyi unudaraq pasport qeydiyyatı şöbəsinə getdiyini bildirib. Pasport qeydiyyatı şöbəsinin əməkdaşı həmin şəxsin indiki mer Karen Yeqiazaryanı seçəcəyini bildiyi üçün "Yaxşı, get, bazar ertəsi gələrsən”, - deyib.

"Yeri gəlmişkən, qeyd edək ki, şəhərdə çoxlu sayda xüsusi təyinatlı polis bölmələri fəaliyyət göstərir, yəqin ki, yerli özünüidarəetmə orqanlarına son seçkilər zamanı olduğu kimi, hakimiyyət üçün qorxu mühiti səpmək və istənilən nəticəni təmin etmək üçün”, - "Aravot.am” vurğulayıb.

Qeyd edilir ki, xüsusi təyinatlılar hazırkı mer Karen Yeqiazaryana məxsus "Qntunik” satış mərkəzində alış-veriş etmələri də simvolik xarakter daşıyır.

Yeri gəlmişkən, Vanadzor meri Aram Xaçatryanın da seçki kampaniyası zamanı xidməti avtomobildən yararlanması barədə ölkə mətbuatında məlumatlar yayılıb.

Eyni zamanda hakim "Vətəndaş müqaviləsi" Partiyasını Milli Məclisdə təmsil edən deputatı Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib. İcmada öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib.

Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Mərkəzi Seçki Kampaniyasının saat 11:00-ə olan məlumatına görə, seicilərin cəmi 6,15 faizi seçkilərdə iştirak edib.

Bütün bunlar seçkilərin qanun pozuntuları, prosesə ciddi müdaxilə şəraitində keçdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...