Ermənistan Suriyaya yardım etdi

Ermənistan Suriyaya yardım etdi
 
Ermənistandan Suriyaya humanitar yardım daşıyan ilk təyyarə Hmeymim hərbi bazasında eniş edib.
Sfera.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, təyyarəni hava limanında Ermənistanın Hələbdəki baş konsulu qarşılayıb.
Ermənistanın il-76 təyyarəsi ilə Hələbə 20 ton humanitar yardım göndərdiyi bildirilir. Yardıma qida məhsulları, əsasən un, şəkər, tərəvəz və ət konservaları daxildir.
Qeyd edək ki, daha əvvəl prezident Serj Sarkisyan Suriyaya iki humanitar yardım təyyarəsinin göndərilməsi ilə bağlı tapşırıq vermişdi. Belə bir qərar terrorçuların Hələbin ermənilərin kütləvi məskunlaşdığı rayonlara raket hücumları təşkil etməsindən sonra verilib.
Suriyada erməni icması ölkədə münaqişə başlaya qədər ən güclü diaspora hesab edilirdi və sayları təxminən 110 min nəfər idi.
 


OXŞAR XƏBƏRLƏR