\"Ermənistan sülh müqaviləsinin imzalanmasını illərlə uzatmaq istəyir\" - Politoloq

\
Hələ bir neçə həftə əvvələ qədər, Azərbaycan və Ermənistan görüşü ilə bağlı gözləntilər böyük idi. Xüsusilə sülh sazişinin imzalanması məsələsi əsas müzakirə obyekti olmuşdu. Lakin görünən odur ki, bu proses uzanır. Digər tərəfdən, rəsmi İrəvan da Soçi görüşünün razılaşmasını pozur desək, yanılmarıq.
 
Bu fonda, maraqlıdır, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanma prosesi uzana bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki,  proseslərin uzanması artıq tərəfər arsında vasitəçilik edən və etmək istəyən tərəflərin hamısı tərəfindən qeyd olunur:

"Bu gecikmə, heç də Ermənistan üçün yaxşı nəticələrə aparıb çıxarmır. Ermənistan Paşinyanın rəhbərliyi altında artıq razılaşdırılmış müqavilələrin imzalanmasını ləngidir və ümumiyyətlə, Rusiyanın vasitəçiliyindən imtina edir. Rusiya prezidenti Vladimir Putinin onu zorla Soçiyə aparması da istənilən nəticəni vermədi. Danışıqlar prosesi , o cümlədən delimitasiya və demarkasiya sənədlərinin imzalanması, dəhlizin açılması və nəhayət sülh müqaviləsinin imzalanması məhz Ermənistanın günahı ucbatından ləngidilir. İlk baxışdan belə təəssürat yaranır ki, Ermənistan yenə də köhnə taktikasına əl ataraq sülh müqaviləsinin imzalanmasını illərlə uzatmaq istəyir. Çünki onlarda yaranan illuziyaya görə, sülh müqaviləsinin imzalanması indiki şəraitdə Ermənistanın Türkiyə və Azərbaycandan asılı vəziyyətə düşməsi ilə nəticələnəcək”.

Müsahibimiz qeyd edib ki, Rusiyanın təkidli çağırışlarına məhəl qoymayan Paşinyan Putinin təklif etdiyi oyun qaydalarını qəbul etmək istəmir:

"O ümid edir ki, Avropa qurumları Ermənistan üçün daha uyğun şərtlər daxilində müqavilənin imzalanmasına yardım edə bilər. Məhz ona görə də dekabrın 15-nə qədər Ermənistandan konstruktiv yanaşma gözləmək mümkün deyil. Dövlət başçılarının Brüsseldə keçiriləcək görüşündən sonra, Ermənistanın mövqeyində ciddi yumşalmalar müşahidə olunacaq və bundan sonra imzalama prosesi ölü nöqtədən tərpənəcək. Çünki Brüsseldə Paşinyan bir daha əmin olacaq ki, Avropa ölkələri Rusiyanın təkliflərindən fərqli heç nə təklif etmirlər. O, erməniləri başa salmağa arqument də əldə edəcək ki, Avropa Birliyi də lazım olan dəstəyi vermədi”.

Politoloq Paşinyanın hazırda ətrafındakı dairənin getdikcə daraldığının fərqində olduğunu deyib:

"Azərbaycanın irəli sürdüyü şərtlər hər keçən gün daha da sərtləşdirilir. Sonda yeni müharibənin baş verməyəcəyinə heç kim, heç bir beynəlxalq təşkilat zəmanət verə bilməyəcək”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...