Ermənistan Rusiyanın hərbi rəhbərliyinin zənginə cavab verməyib

Ermənistan Rusiyanın hərbi rəhbərliyinin zənginə cavab verməyib
Erməni KİV-də indiyə qədər Rusiya XİN rəhbəri Sergey Lavrovun Yerevana son səfəri müzakirə edilir.
Oxu.Az erməni qəzeti "Qrapark”a istinadən xəbər verir ki, Lavrovun səfəri yalnız Ağrıdağın fonunda çəkdirdiyi selfi ilə yadda qalmayıb. 
Rusiya XİN rəhbəri gəlişindən dərhal sonra Sarkisyanın iqamətgahına yollanıb və saat 3-ə qədər orada olub. Lavrov və Sarkisyan arasında rəsmi danışıqlar isə ertəsi gün baş tutub. 
Qəzet yazır ki, bu günlərdə Rusiya tərəfi erməni hakimiyyətinin hərəkətlərindən narahat olub. 
"Yeri gəlmişkən, bizdə olan məlumata görə, Rusiya tərəfi bu günlərdə narahatçılıq keçirib, belə ki, ən ağır döyüşlərin getdiyi aprel ayının 1-də baş verən hadisələr zamanı Rusiya tərəfi erməni tərəfi ilə telefon əlaqəsi qurmağa çalışıb, amma bizimkilər bu zənglərə cavab verməyib”, - qəzet yazır. 

OXŞAR XƏBƏRLƏR