Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf aldı - FOTO
14:24 / 25.10.2020
7010
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəf alıb.
Sfera.az xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.
Bildirilib ki, düşmən mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edir.